Növbəti köç karvanı Xocalıya çatdı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı şəhərinə 24 ailədən ibarət 88 nəfər köçürülüb.

Yenicag.az xəbər verir ki, ailələr artıq Xocalı şəhərinə çatıb.

Ailələri Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Azərbaycan respublikası prezidentinin xüsusi nümayəndəliyinin nəzdində Xankəndi, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin və Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin məsul şəxsləri qarşılayıblar. Ailələrə ANAMA əməkdaşları tərəfindən mina təhlükəsizliyinə qarşı məlumatlar verilib, maarifləndirici bukletlər paylanılıb. Xocalı sakinlərinə doğma yurdlarına dönüş münasibətilə göz aydınlığı verilib evlərin açarları paylanılıb.

Qeyd edək ki, Xocalıya köçürülən ailələr Respublikanın müxtəlif ərazilərində yardımçı tikililər, və müxtəlif müəssisələrə məxsus olan binalarda məskunlaşan xocalılar olub. İndiyədək Xocalı şəhərinə 44 ailə, yəni 169 nəfərin daimi məskunlaşması təmin edilib.
COP29