!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbəti mediatur: “Aqrar Tədarük və Təchizat” jurnalistləri Gəncəyə apardı - FOTOLAR

!Reklam – Yazi

“Aqrar Tədarük və Təchizat” ASC (ATT) tərəfindən Gəncəyə mediatur təşkil edilib.

Yenicag.az xəbər verir ki, “Aqrar Tədarük və Təchizat” ASC (ATT) tərəfindən artıq ənənəvi hal alan mediatur jurnalistlərin ATT ASC-nin Gəncə regional nümayəndəliyinin anbarına baxışı və ərzaqların yüklənmə prosesinin izləməsi ilə başlayıb.

ATT ASC-nin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev qeyd edib ki, mediaturun məqsədi ictimaiyyətin qida təchizatı ilə bağlı məlumatlandırılmasıdır:

“Anbarın ümumi sahəsi 1500 kvadrat metrdir. Region üzrə dövlət təşkilatlarına paylanan ərzaq məhsulları bu anbarda toplanır və ayda bir, ya iki dəfə olmaqla, təşkilatların sifarişi üzrə çatdırılma həyata keçirilir.

Bizim bura gəlməkdə əsas məqsədimiz ATT ASC-nin fəaliyyəti ilə sizin və sizin timsalınızda ictimaiyyətin məlumatlandırılmasıdır”.

Daha sonra jurnalistlər Gəncə şəhəri 32 saylı körpələr evi-uşaq bağçasının ərzaqla təchizat prosesini izləyiblər.

Bağça müdirəsi Sahilə Hüseynova bağçaya gətirilən qida məhsullarının keyfiyyət sertifikatının təqdim edildiyini vurğulayıb:

“Bağçada uşaqlar yüksək keyfiyyətli təmiz qida məhsulları ilə təmin edilirlər. Bağçamıza 33 adda qida məhsulu daxil edilir.

Xüsusən, onu qeyd etmək istəyirəm ki, məhsulların təhlükəsiz şəraitdə daşınmasında və çatdırılmasında ATT ASC-nin Gəncə regional nümayəndəliyinin rolu böyükdür.

Məhsullar bağçalara çatdırılarkən, hər birinin keyfiyyət sertifikatı təqdim edilir və tam gigiyenik qaydalara uyğun olaraq uşaqlara verilir”.

ATT ASC-nin “Tədarük və Təchizat” Departamentinin direktoru Rəşad Kərimov jurnalistləri Gəncə regional nümayəndəliyinin fəaliyyəti ilə bağlı məlumatlandırıb:

“Gəncə şəhəri də daxil olmaqla Göygöl, Daşkəsən, Samux rayonları, eləcə də Kəlbəcər rayonundan olan 3 uşaq bağçası və səhiyyə mərkəzini ərzaq və kənd təsərrüfatı məhsulu ilə təchiz edirik.

Ümumilikdə, Gəncə regional mərkəzində 92 uşaq bağçası, 20 səhiyyə ocağı və 2 güc strukturuna ərzaq təchizatını həyata keçiririk”.

Daha sonra jurnalistlər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının ərzaq prosesi təchizatını izləyiblər.

Aqil Bəkir /GƏNCƏ/

www.yenicag.az

1025
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv