Azərbaycan növbəti peykini 2026-cı ildə orbitə buraxacaq.
Yenicag.az xəbər verir, bu barədə Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında bildirib.
“Növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxmağı düşünürük”, – S. Əsədov bildirib.
Qeyd edək ki, ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.