Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Növbəti tədris ilinin tətil günləri açıqlandı - SİYAHI

Azərbaycanda növbəti tədris ilinin tətil günləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycanın tədrisi Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilib.

Daha bir əmrlə azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planı və “Qeydlər” də təsdiq edilib.

Əmrə əsasən 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən edilib.

Əmrlərin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

www.yenicag.az

871