ABŞ-ın Corciya ştatında “Piper Cherokee” tipli yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
Hadisə nəticəsində 3 nəfər ölüb.
ABŞ Federal Aviasiya İdarəsinin (FAİ) məlumatına əsasən, təyyarə Fort-Pirsdən (Florida ştatı) Haberşem dairəsinə (Corciya ştatı) uçurmuş. Onun Atlanta şəhərindən 120 km şimal-şərqdə meşəlik ərazidə yerə düşdüyü bildirilir.
Qəzanın səbəbləri hələlik məlum deyil. FAİ ölənlərin şəxsiyyətini müəyyənləşdirir(APA).