Dekabrın 6-da Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Bu barədə Yenicag.az AMB-yə istinadən xəbər verir.
Tənzimləyicinin məlumatına görə, hərracda tələb 49,2 milyon dollar təşkil edib və tam ödənilib.
Hərracın yekunlarına görə orta çəkili məzənnə 1,7 AZN/1 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, AMB 2017-ci ilin yanvar ayının ortalarından rəqabətli şəraitdə xarici valyutanın birtərəfli satışı yolu ilə valyuta hərraclarının keçirilməsinə başlayıb.