Erməni əsilli rusiyalı Novosibirsk-İrəvan təyyarəsində ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə shamshyan.com kriminal xəbər saytı məlumat yayıb. Bildirilir ki, 65 yaşlı Rusiya vətəndaşı Ş.Aqekyan Novosibirsk-İrəvan reysi ilə uçan təyyarənin göyərtəsində ölüb.
Meyitdə zorakılıq izləri aşkar edilməyib.
Faktla bağlı müəyyən edilmiş qaydada cinayət işi başlanıb. Məhkəmə-tibbi ekspertizası təyin edilib.
Xuraman Etibarlı