!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Novosibirskdə Nəsimi-650 şöləni – FOTOLAR/VİDEO

!Reklam – Yazi

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi Rusiyanın Novosibirsk şəhərində böyük təntənə ilə qeyd olunub.

Yenicag.az xəbər verir ki, Rusiya Azərbaycanlıları İttifaqına (RAİ) daxil olan Novosibirsk Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyası və digər qurumların təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiya və Azərbaycandan çox sayda qonaq iştirak edib.

Azərbaycandan dəvət olunmuş qonaqlar sırasında “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) sədri Toğrul Allahverdili, İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli, o cümlədən, Mədəniyyət Nazirliyi ilə Yazıçılar Birliyinin təmsilçiləri, həmçinin digər nümayəndələr də yer alıb.

Tədbirdə Nəsiminin həyat və yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verilib, üsyankar şairin zamanında bütün Şərqə səs salan qəzəllərindən seçmələr təqdim olunub.

Şölən Azərbaycanın populyar müğənnisi Damlanın geniş konsert proqramı ilə davam edib.

www.yenicag.az

3495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv