!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Novosibirskdə Rusiya azərbaycanlılarını bir araya gətirən möhtəşəm tədbir - VİDEO

!Reklam – Yazi

Bu gün Rusiyanın Novosibirsk şəhərində Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) sədri Füzuli Məmmədovun təşəbbüsü ilə quruma üzv olan təşkilatların İdarə Heyətlərinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, Rusiyanın 25-dən artıq şəhərində fəaliyyət göstərən diaspora təşkilatları rəhbərlərinin qatıldıqları iclasda İtttifaqın yeni Nizamnaməsinin hazırlanması, gələcək fəaliyyəti və digər mühüm məsələlər müzakirə olunub.

Tədbirdə Azərbaycandan dəvət olunmuş qonaqlar sırasında “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) sədri Toğrul Allahverdili, Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli, o cümlədən, Mədəniyyət Nazirliyi ilə Yazıçılar Birliyinin təmsilçiləri, həmçinin digər nümayəndələr iştirak ediblər.

Geniş formatda təşkil olunan toplantıda çıxış edənlər gündəlikdəki məsələlərə münasibətlərini bildirərək, öz təkliflərini irəli sürüblər. İclasın yekununda müvafiq qərarlar qəbul edilib və İttifaqın yeni Nizamnaməsinin təsdiqlənməsi üçün Ədliyyə Nazirliyinə göndərilməsi məqsədəuyğun sayılıb. Bundan başqa, analoji toplantıların Rusiyanın müxtəlif regionlarında da təşkil olunması qərara alınıb.

Rusiya Azərbaycanlıları İttifaqının təsis qurultayının keçirilməsi üzrə Təşkilat Komitəsinin üzvü, Novosibirsk Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının prezidenti Mirkazım Seyidov saytımıza eksklüziv açıqlamasında bugünkü tədbiri belə dəyərləndirib:

“Burada da qeyd olunduğu kimi, Rusiya Azərbaycanlıları İttifaqının təsis edilməsi Rusiyadakı Azərbaycan diasporasının həyatında çox əlamətdar hadisədir. İttifaq artıq qeydiyyata alınmaq istiqamətində sənədlərin hazırlanması ilə məşğuldur. İttifaq yeni yaranmasına baxmayaraq, öz əməli fəaliyyəti ilə insanların yanında olmaq məqsədini ortaya qoydu.

Rusiya Azərbaycanlıları İttifaqı dövlətçiliyə xidmət, Rusiyadakı gənclərimizin cəmiyyətdə yerləşdirilməsi və onların inteqrasiya şəraitində Rusiyanın bütün fəaliyyət sahələrində iştirakı, mühüm sferalarda təmsilçiliyi kimi missiyanı öz üzərinə götürüb. Geniş baxdıqda isə bunu Rusiyada yeni lobbiçilik fəaliyyətinin başlanğıcı kimi də qiymətləndirmək olar”.

 

www.yenicag.az

3266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv