Novruz bayramında neçə gün iş olmayacaq?

Qarşıdan gələn Novruz bayramında 5 gün iş olmayacaq.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı qeyd olunacaq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən həmin günlər qeyri-iş günü hesab olunur.