Novruz bayramında qeydə alınan qəzaların sayı AÇIQLANDI

Novruz tətili günlərində respublika ərazisində qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, martın 19-dan 27-dək Azərbaycanda 16 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 16 nəfər ölüb, 7 nəfər xəsarət alıb.