Reklam: High Technic
hightechnic

Novruz festivalı yekunlaşır-Video

86510Mart tarixindən start götürən II Beynəlxalq Novruz festivalının bu gün son günüdür.

Festival İçərişəhər ilə yanaşı, Bakının Qala kəndində, Qala qoruğunda da keçirilib. Qala qoruğundakı festival 2 gün, İçərişəhərdə isə festival 4 gün davam edib.

Festivalda Novruz qeyd edən yeddi ölkənin çadırları qurlaşdırılıb. Bu çadırlarda hər ölkənin adət-ənənsini əks etdirən sənətkarlıq nümunələrinin nümayişi və satışı təşkil edilib. Paytaxt sakinləri və qonaqlara əl işlərini almaq imkanı da verilib.

Maraqlısı isə odur ki, yeddi müsəlman ölkəsindən əlavə Rusiya Federasiyasının da çadırı olub.

İçərişəhər Dövlət Qoruğunun mətbuat katibi Rahib Azəri bildirib ki, rus çadırının quralşdırılması üçün Rusiya səfirliyi müraciət edib. Onlar da öz əl işlərini və sənət əsərlərini nümayiş etdiriblər. Ancaq yeddi ölkə arasında Rusiya yeganə dövlətdir ki, sərgidə öz əsərlərini satışa çıxarmayıb.

Festivalda iştirak edən hər kəs Azərbaycanın adət-ənənəsi ilə yaxından tanış olmaqla yanaşı onun milli mətbəxi ilə də maraqlanırlar. Adət halını almış festivalda minlərlə turist və paytaxt sakinləri iştirak edib.

www.yenicag.az

71