!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Novruz Məmmədov Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verdi

!Reklam – Yazi

Azərbaycanın Baş Naziri Novruz Məmmədov Fransanın keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə bağlı başsağlığı verib.

Yenicag.az xəbər verir ki, baş nazir bununla bağlı “Twitter” səhifəsində paylaşım edib. Paylaşımda qeyd edilib:

“Görkəmli siyasət və dövlət xadimi, 1995-2007-ci illərdə Fransanın 22-ci Prezidenti olmuş Jak Şirakın vəfatı məni çox kədərləndirdi.

Dövlətlərarası münasibətlərə xüsusi həssaslıq nümayiş etdirən Prezident Şirakın beynəlxalq aləmdə böyük nüfuzu vardı. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün çox çalışdı.

Prezident Jak Şirakın xatirəsi uzun müddət yaddaşlarda qalacaqdır.”

www.yenicag.az

1568
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv