Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin sammiti çərçivəsində Azərbaycanın baş naziri Novruz Məmmədov və Tacikistan prezidenti Emoməli Rəhmon arasında görüş olub.
Yenicag.az xəbər verir ki, E.Rəhmon Tacikistan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əsasda hökumətlərarası əməkdaşlığın səviyyəsindən və keyfiyyətindən məmnun olduğunu bildirib.
Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, sənaye, nəqliyyat və nəqliyyat infrastrukturu, hidroenergetika, kənd təsərrüfatı, əlaqə, elm, təhsil, mədəniyyət və turizm sahələrində Tacikistan və Azərbaycan arasında hökümətlərarası əməkdaşlığa dair vacib məsələləri müzakirə ediblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb./Trend/