Novruz Məmmədov terrordan yazdı

3b2e70bf08aa70f8af0d55817e9722f1“Terror aktlarının beynəlxalq aləmdəki gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur”.

Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Tvitter hesabında yazıb:

“Düşünürəm ki, dövlətlərarası gərginlik azalarsa, terror aktlarının azalması da müşahidə olunar”-deyə Novruz Məmmədov qeyd edib.

Qeyd edək ki, ötən gün Türkiyənin Ankara şəhərində terror aktı baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 60-dan çox insan yaralanıb.