Nazirlər Kabineti bir sıra şəhərlərin 2034-2036-cı ilə qədərki dövrdə inkişafına dair baş planlarını təsdiqləyib.
Yenicag.az xəbər verir ki, müvafiq qərarları baş nazir Novruz Məmmədov imzalayıb.
Qərarlara əsasən Masallı şəhərinin baş planı, Şəmkir şəhərinin baş planı, habelə Xaçmaz, Tovuz, Göygöl, Salyan şəhərlərinin baş planları təsdiqlənib./Report/