!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Novruz Məmmədovun “sağlamlaşdırma” qərarına etiraz: “Bu, vətəndaşın tərksilah olunmasıdır”

!Reklam – Yazi

“Əsas məqsəd bankları uzun müddət sürən məhkəmə proseslərindən sığorta etməkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Nazirlər Kabinetinin “Müflisləşmə və iflas haqqında” Qanununun 41-1-ci maddəsinin 1-ci hissəsinə əsasən hazırladığı və baş nazir Novruz Məmmədovun imzaladığı “Borclunun sağlamlaşdırılması planının məzmunu” haqqında qərarı şərh edən sabiq millət vəkili Nazim Bəydəmirli deyib.

Bu gün imzalanan qərarda qeyd edilib ki, borclunun sağlamlaşdırılması plana uyğun olaraq həyata keçirilir. Borclunun sağlamlaşdırılması planı borclu tərəfindən hazırlanır, kreditorların yığıncağı tərəfindən qəbul edilir və məhkəmə tərəfindən təsdiqlənir.

Həmin planda borclunun sağlamlaşdırılmasında iştirak edən kreditorun (kreditorların) tələblərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin məbləğləri, bu tələblərin icrası qaydası və müddəti, borclunun sağlamlaşdırılması planının icrası və icrasına nəzarət ilə bağlı tədbirlər, borclunun sağlamlaşdırılması planının xitamı üçün əsaslar və onun nəticələri yer alır.

Baş nazirin imzaladığı qərar haqqında Yenicag.az-a danışan Nazim Bəydəmirli hökumətin bu addımını kredit borcu olan vətəndaşların tərksilah edilməsi kimi qiymətləndirib:
“Banklar və maliyyə təşkilatları kredit verdikdən sonra şəraitin dəyişməsi səbəbindən vətəndaş borcunu vaxtında qaytara bilmirsə, borcun geri alınması prosedurları, məhkəmə prosesləri uzun müddət davam edir.

Hətta 2000-ci illərin əvvəllərində banklar tərəfindən Milli Məclisə təklif olunurdu ki, borcların qısa müddətdə geri qaytarılması və ya ipotekaya yönləndirilməsini təmin edəcək qanun qəbul olunsun.

Görünür, təqribən iki il sürən bu prosesləri asanlaşdırmaq üçün banklar öz lobbiçilik maraqlarından çıxış edərək, həmin prosedurları daha da asanlaşdırmaq yolunu tutdular.

Ümumiyyətlə, son illərdə banklarla borclular arasında olan proses addım-addım birincilərin xeyrinə dəyişməkdədir. Haqqında danışılan qərarda guya qarşılıqlı anlaşma, komissiya yaradılaraq borclunun vəziyyətini öyrənmək, təhlil aparmaq, onu ləğvolunma prosesinə cəlb etmək kimi müxtəlif cümlələrlə əsas məqsədin gizlədilməsinə çalışılır.

Ancaq burada təbii ki, əsas məqsəd bankları uzun müddət sürən məhkəmə proseslərindən sığorta etməkdir. Çünki bildiyiniz kimi, Mülki Məcəlləyə uyğun olaraq, əgər tərəflər – borclu və kreditor öz aralarında anlaşmaya gedirlərsə, o məsələ bir daha məhkəmə mübahisəsi ola bilməz. Fikrimcə, bu, borclunun tərksilah olunması anlamına gəlir.

Bu mənada, fiziki və hüquqi şəxslərin müflis olması ilə bağlı qanunların işləmədiyi bir ölkədə həmin qərarın qəbulundan sonra vətəndaş sonuncu mənzilindən, yaxud da ipoteka predmeti olan digər daşınmaz əmlakından tez bir zamanda məhrum edilə bilər.

Yəni o qərarın məğzi bundan ibarətdir”.

A.Zeynalov

www.yenicag.az

3166
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv