Novruz və ya Pasxa yumurtalarından gələn təhlükə – Neçə müddət sonra yemək olmaz? / Həkim qaydaları açıqladı
“Bərk bişirilmiş 12 saat ərzində, çox bərk bilməmiş yumurta isə 6 saat ərzində yeyilməlidir”.
Yenicag.az xəbər verir ki, bu sözləri Novruz bayramı və ya Pasxada süfrənin əsas bəzəyi hesab edilən bəzənmiş yumurtaların çox saxlanıldıqda yarada biləcəyi təhlükələrdən danışarkən diyetoloq Mixail Ginzburq deyib.
Dietoloq qeyd edib ki, yumurtaları daha uzun müddət saxlamaq istədikdə, onları soyuducuya qoymaq lazımdır.
Soyuducuda saxlanılan bişirilmiş yumurta 36 saata ərzində istifadə edilməlidir. Uzun müddət saxlanılan bişmiş yumurta yoluxucu bağırsaq xəstəliklərinə səbəb ola bilər. Salmonellyoz (daha çox qida zəhərlənməsi kimi tanınan Salmonella tipli bakteriyaların yaratdığı simptomatik infeksiya – red.) riskini də qiymətləndirməmək olmaz. Yumurtalar qaynadılan zaman salmonella ölsə də, yumurtalar həmən virus daşıyıcısı ola biləcək digər qidalarla birlikdə saxlanılarsa, onlar yenidən ortaya çıxa bilər”.
Mixail Ginzburq qabıqları çatlamış yumurtaları almamağı, məsləhət görüb:
“Yumurtaları digər qidalardan ayrı saxlamaq, yumurta hazırlayıb yeməkdən əvvəl əlləri yaxşıca yumaq lazımdır.