Novxanıda avtobus qəzası: ölən var

Bakıda ağır yol qəzası baş verib.

Yeniçağ.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 7-də saat 21 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Zəngilan rayon sakini Faiq Quliyev idarə etdiyi “Daevoo” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Ayaz Əfəndiyevin idarə etdiyi “BMW” markalı avtomobilə vurub və nəticədə F.Quliyev hadisə yerində ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Yeniçağ.az