Novxanı qəsəbəsi ərazisindəki çimərliklərin birindən 800 manat dəyərində mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən Yenicag.az-a bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən O.Hüseynli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.