Novxanıdakı istirahət mərkəzində yanğın olub

13

Abşeron rayonunda yanğın olub

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Novxanı kəndində vətəndaşa məxsus istirahət mərkəzinin ərazisində ümumi sahəsi 60 m2 olan 2 otaqdan ibarət kafenin yanar konstruksiyaları yanıb. Kafenin içərisindəki əşyalar yanğından mühafizə olunub. Yanğın saat 07:20-də söndürülüb.

Yenicag.az