Noyabr ayından etibarən… – “Twitter” istifadəçilərinin diqqətinə

“Twitter” sosial şəbəkəsinin rəhbərlərindən Cek Dorsey şşirkətin yeni strategiyası ilə bağlı açıqlama verib.

Yenicag.az xarici mənbələrə istinadən xəbər verir ki, Dorsey rəhbəri olduğu sosial şəbəkənin siyasi reklamlara yer verməyəcəyini bildirib. Onun sözlərinə görə, qərar noyabr ayının sonunda qüvvəyə minəcək. Beləliklə, “Twitter” istifadəçiləri siyasi reklamlara məruz qalmayacaq.

Qeyd edək ki, “Facebook” başda olmaqla, bir çox sosial media şəbəkəsi siyasilərin yanlış reklamlarını yaymaqda tənqid edilir. “Twitter” yeni qərarı ilə bu sahədə yeniliyə imza ataraq istifadəçilərin rəğbətini qazanmağı hədəfləyir.

COP29