Noyabrda Bakıda toylar keçirilməyəcək? – VİDEO

Noyabr ayında toy etmək istəyənlər azdır. Hətta, əvvəldən verilmiş bəzi sifarişlər ləğv edilir.
Xezerxeber.az xəbər verir ki, vətəndaşlar son günlər sosial şəbəkələrdə iddia edirlər ki, restoranlar noyabrda, COP-29 zamanı olacaq toy sifarişlərini qəbul etmirlər.
Restoran sahibləri isə toy sifarişlərinin qəbul edilməməsi ilə bağlı məlumatların doğru olmadığını bildirirlər.

Bəzi sahibkarlar isə qeyd edirlər ki, noyabrda toy etmək istəyənlər azdır. Hətta, əvvəlcədən sifariş verən vətəndaşlardan bəziləri sonradan onu ləğv etdirirlər.
Sahibkarlar onu da qeyd etdilər ki, noyabrda olan toylar ləğv edilərsə, digər aylarda yaranan sıxlıq səbəbindən qiymətlərdə 5-10 manat artım ola bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
https://youtu.be/-17MNmcxAUI
COP29