“NTV+” kanalı Azərbaycanda qanunsuz yayımlanır

“NTV+” kanalı Azərbaycanda qanunsuz faliyyət gösərir. Onlara müraciət olumasına baxmayaraq, qanunsuz fəaliyyətlərini davam etdirirlər”.

Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Milli Məclisin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

MTRŞ sədri deyib: “Bu gün yüksək mərtəbəli binalarda qanunsuz kabel yayımı ilə məşğul olurlar. “Kabel şəbəkəsi yayımı haqqında” qanunun qəbul olunmasında məqsəd qeyri-qanuni fəaliyyət göstərənlərin qarşısını almaqdır. Onların qanunsuz fəaliyyəti ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə, Vergilər Nazirliyinə və Daxili işlər Nazirliyinə müraciət emişik”.

Yeniçağ.az