Numan Kurtulmuş Azərbaycana səfər edəcək

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Azərbaycana səfər edəcək.

Yenicag.az xəbər verir ki, TBMM sədri iyulun 11-də Şimali Kiprə, iyulun 12-də isə Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində Numan Kurtulmuş Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək.