Müğənni Nura Suri geyiminə görə sənət əhlinə qiymət verən insanları qınayıb.
Yenicag.az xəbər verir ki, sənətçi onların səhv düşündüyünü bildirib:
“Özləri həyatda o qədər səhv düşüncəlidirlər ki, kiməsə geyiminə görə qiymət verirlər. Kommentləri çalışıram, oxumayım. Səhnə adamı digər insanlardan seçilməlidir”.
Nura özünü insan sərrafı adlandırıb:
“Mən çox hissiyyatlı insanam”.
ARB-nin “Faydalı saat” verilişindən olan görüntüləri təqdim edirik:
Nehru