“Niyə 5 manatlıq mahnılar trend olur, kim edir bunu? Nə məqsədlə olunur bunlar?”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri vurğulayıb. Sənətçi cəmiyyətin getdikcə zövqsüzləşməsindən narahatlığını ifadə edib:
“Neçə vaxtdır düşünürəm ki, cəmiyyətimiz niyə belə zövqsüzləşdi? Necə oldu ki, komplekslərlə dolu insanların sayı artdı çox sürətlə?
İnsanlar özlərindən daha ağıllı insanlara həsəd aparmaq yerinə, onları təhqir etməyi tərcih etdi. Özlərindən daha gözəl və zövqlü olanlara nifrət etməyə başladı. Səbəbini tapmaq istəyirəm. İtirəm bu sualların içində.
Zövqsüzləri təbliğ edib, onların fonunda daha yaxşı görünəcəklər deyə mi? Tərbiyəsizləri, şərəfsizləri təbliğ edərək özləri daha ləyaqətli görünəcəklərmi? Pisləri tənqid edə-edə, yaxşıları görməzdən gəlməklə nə əldə edilir axı? Niyə maraqlı insanların müsahibələri yalnız yutub kanalındadır, efirdə yox? Niyə 5 manatlıq mahnılar trend olur, kim edir bunu? Nə məqsədlə olunur bunlar? Niyə “Kırmızı oda” səviyyəsində seriallar çəkilmir bizdə?”
Nehru