Nura Suridən FƏRQLİ ADDIM: “YouTube”a o qədər pul qazandırmaq istəmirəm”

“3.000-5.000 dolları “YouTube”da reklama xərcləyir. ‘Sorry, amma hər mahnım çıxanda “YouTube”-a o qədər pul qazandırmaq istəmirəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Nura Suri paylaşımında vurğulayıb.

Sənətçi baxış sayı üçün “YouTube”a pul xərcləmək istəmədiyini bildirib:

“Mahnılarımın sayı çoxdur, kliplərim də kifayət qədərdir. Sadəcə “Facebook” səhifəmi fikirlərimi paylaşmaq üçün istifadə etdiyimdən, bir çoxu elə bilir ki, bekaram və heç bir iş görmürəm. Bu il başlayanda yeni mahnımın süni intellektə çəkilən klipini təqdim etdim.

Hazırda iki mahnım var, amma hələ klip çəkdirmədiyim üçün təqdim etmirəm. Efirə çıxmıram, çünki özüm istəmirəm. Dünən səhnə verilişinə çəkildim – 10 mahnıdan ibarət televiziya konserti. Martın 9-u, axşam saat 23:00-da efirə gedəcək. Digər verilişlərə hələ çıxmağı planlaşdırmıram. Milyonlarla baxış yığmaq üçün məşhur və ən sevilən müğənnilərin çoxu 3.000-5.000 dolları “YouTube”da reklama xərcləyir. “Sorry”, amma hər mahnım çıxanda “YouTube”a o qədər pul qazandırmaq istəmirəm. Zatən, mahnıya, aranjemana, studiyaya, klipə və s. xərcləyirəm”.

Cəvahir