Nura Suridən SƏRT İSMARIŞ: “Yedikləri milyonları alıb, millətin boynuna yazılan cərimələri ödəsinlər”

“Heç olmazsa, yedikləri milyonları alıb, millətin boynuna yazılan cərimələri ödəsinlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni Nura Suri sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

Sənətçi əlaqədar qurumların ünvanına sərt fikirlər səsləndirib:

“Yağış dövlət büdcəsini talayan qurumları su üzünə çıxardı. Rahat təmizlik işləri aparıla bilər. Heç olmazsa, yedikləri milyonları alıb, millətin boynuna yazılan cərimələri ödəsinlər. Yağış yağan kimi işıqsız qalan, yolda maşını suda batan, saatlarla tıxaclarda qalan bu insanlara hər gün bir bəhanə ilə cərimə yazmaq üçün bəhanə axtaran qurumları görün artıq!”

Nehru

COP29