!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nuranə Nur şeirləri- Məktub yazacaqdım

!Reklam – Yazi

 

Bu gün dəyərli gənc şairə Nuranə Nurun doğum günüdür. Bu münasibətlə, şairəni təbrik edir və şeirləri arasından sizin üçün seçdiklərimizi təqdim edirik:

Məktub yazacaqdım

salam

sənə məktub yazacaqdım əzizim

yazmıram cavabsiz qalar.

Və yazdığıma pis olma nə olar…

Bax ağlamıram daha

Gözlərim yumağa qıymır özü yazdığı yazını

nə gözəl xətti varmış,

nə gözəl izləri var imiş göz yaşlarımın.

Kiritdi daha səndən gələn

və gəlməyən səbəblər məni.

ən çox hıçqırmaq yaraşır mənə indi

yoxluğunun sonrası öyrəndim bunu

öyrənmək üçün yanılmalıydım.

Nə desəm inanma

Mən çoxdan öyrənmişəm yalanı,

yalandan ağlamağı

Alt-üst etməyi bir baxışla.

Hesablamadığın təsadüfün oldum sənin

Özümə həsr edə bilmədim səni

Bağışla…

 

Sənin günahın deyil

Ən gözəl sözlərin, gözəl hisslərin

Dadı onun olub,adı mənimdi.

Bunu bilə-bilə sevmişəm bu da

Səni xoşbəxt edən xoşbəxtliyimdi.

 

Mən də çağırmışdım sənin adını

Niyə eşitmədin,nə deyəcəksən?

Nə bilim bəlkə mən az sevdim səni

Sən az sevdin desəm inciyəcəksən.

 

Səni çağırıbdı eşitməmisən

O gündən dənizi qarğıdın hər gün

Min dəfə çağırsam heç eşitmərsən

Göz yaşı nədi ki,boğulmaq üçün.

 

Nə qədər gizlətsən o qədər aşkar

Məni sevməmisən demirəm həmən

Bu sənin günahın deyil əzizim

Sənin həyatına gecikmişəm mən.

 

 

Uça bilmirəm

Ən gözəl göründüyüm ayna idi gözlərin

Indi onlara baxa bilməmək təsəllisini

Baxdığın yerlərdən alıram.

Ən sevdiyim ətir idi nəfəsin

qoxun da qoxuma cox yaraşırdı

daha ciyərlərim dolmur.

Ən sevdiyim azadlığım idi qısqanclığın

Indi qəfəsindən buraxılan quş kimiyəm

Uça bilmirəm.

 

NURANƏ NURUN YARADICILIĞI

Nuranə Nur uşaq yaşlarından ədəbiyyata, və incəsənətə maraq göstərib. Lirik, realist şeirlər yazıb. Sonra bu şeirlər istedad və zəhmətlə birləşərək geniş oxucu kütləsinin və ədəbi içtimaiyyətin nəzər- diqqətindən yayınmayıb. Onun şeirləri “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” jurnallarında, “Ədəbiyyat qəzeti”, “525-ci qəzet”, “Ədalət” “Kaspi” qəzetlərində, “Poeziya günü” almanaxında (2010), Vaşinqtonda çap olunmuş “Buta” (2010) poeziya antologiyasında ingilis dilinə tərcümə olunmuşdur. Digər mətbu orqanlarda müntəzəm çap olunur. Radio ve televiziya dalğalarında çıxışları var. Əsərləri haqqında respublika mətbuatında tənqidçilər tərəfəndər dəyərli fikirlər söyləyib. Şeirləri bir neçə xarici dilə tərcümə edilib. Şairin 2010-cu ildə “Yaziçı” nəşriyyatında “Yanaqda yağış yeri “ ilk şeirlər kitabı işıq üzü görüb. Gənc Ədiblər Məktəbinin üzvüdür. 2010 cu ildə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təsis etdiyi Gənç Ədiblər Məktəbinin xüsusi diplomuna layiq görülüb.2012 ildə isə uğurlarına və yaradıcılığında gedən inkişafa dəstək məqsədilə Prezident təqaüdünə layiq görülmüşdü. 2013 cü ildə “Yoxluğuna və sağlığına ” adlı yeni kitabı çapdan çıxıb.

 

www.yenicag.az

7915
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv