!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nuray qəyyumlarda qalacaq – Vəkil danışdı

!Reklam – Yazi


15941807_791156501032858_2051969332_nAzyaşlı Nuray Bayramzadənin qəyyumu-xalası Mehriban Eldarovanın hüquq müdafiəçisi Gülnar Nəzərli, Əvəz Bayramovun irəli sürdüyü iddiaları əsassız sayır.

Hüquqşünas Yeniçağ.az-a verdiyi açıqlamasında bildirir ki, 21 may 2013-cü il iddiaçı Eldarova Mehriban Mustafa qızı tərəfindən Bayramov Əvəz Əjdər oğluna qarşı valideynlik hüququndan məhrumetmə tələbinə dair Binəqədi rayon Məhkəməsində iddia qaldırılıb:

– İddianın mahiyyəti ondan ibarətdir ki, ata 2013-cü ildən 2016-cı ilə qədər Nurayla maraqlanmayıb, heç bir qayğı və nəvaziş göstərməyib. Əvəz həyat yoldaşı sağ ikən onun xəstəliyinə görə boşanıblar. Nurayın anası dünyasını dəyişdikdən sonra ona xalası Mehriban Eldarova ilə həyat yoldaşı Eldar Eldarov valideynlik ediblər. Bu işi aparan bir insan kimi deyə bilərəm ki, bütün həqiqəti bilmək üçün mən Qubada Nurayın yaşadığı evdə olmuşam, hətta şəkillərimiz də var. Mən hər hansısa uşağın məhkəmə işini aparıramsa, ailəni tam araşdırıram. Mehriban xanım və onun həyat yoldaşı Eldar Eldarov Nuraya valideyndən artıq baxırlar.

– Gülnar xanım, Mehriban xanımgil Quba rayonunda qeydiyyatdadırlar. Necə olur ki, Binəqədi rayonunda iddia qaldırıb, şikayət edirlər?

– Bəli, doğrudur. Əvəz Bayramovun qeydiyyatı Binəqədi rayonunda olduğundan mülki-prosessual məcəlləyə uyğun olaraq, cavabdehin qeydiyyatda olduğu ünvana dair iddiaçı iddia qaldıra bilər. Ona görə də iddia Binəqədi rayonunda qaldırılıb.

– 3 il ərzində Əvəz Nuraya alement verib və ya bir dəfə də olsun maraqlanmadı?

– Xeyr. Nə alement verib, nə də maraqlanıb.

– Hadisə baş verən gün hüquq müdafiəçisi olaraq siz orda olmusunuz?

– Xeyr. Ancaq məsələdən xəbərim olub. İcra mümkünsüzdür, uşaq 10 yaşına çatıb. Uşağın birmənalı olaraq anası və atası kimi alışdığı ailə var. Ona görə də bu icra mümkünsüzdür.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

5308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv