!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nurəddin Canikli ittihamlara sərt cavab verdi

!Reklam – Yazi

 

bakan-nurettin-caniklide-turkes-aciklamasi-h1440761139Türkiyə Cümhuriyyəti Giresun Dövlət Universitetində keçirilən rektor seçimləri ilə əlaqədar Türkiyə Böyük Millət Məclisinin Giresundan seçilmiş millət vəkili, Ak Partiyanın qrup başqan vəkili Nurəddin Canikli Yenicag.az-a cavab məktubu göndərib.

Məktubunda Nurəddin Canikli qeyd edib ki, onun rektorluq seçiminə müdaxiləsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: “Mənim dediyim iddia edilən “bir azəri qadın Giresunda rektor ola bilməz” ifadəsini qətiyyətlə rədd edirəm. Türkiyədə bu sözü mən deyil, heç kim belə ifadə işlədə bilməz. Qardaş ölkə olan Azərbaycana sevgi-məhəbbət və həssasiyyətimiz tarix boyu davam etmişdir və bundan sonra da davam edəcəkdir. Birilərinin şəxsi mənfəət üçün Azərbaycan mediasını və ümumilikdə qardaşlarımızı yalnış bilgiləndirməsi məni təəssüfləndirmişdir. Türkiyə Cümhuriyyətində heç kim Azərbaycanlı kimliyindən dolayı aşağılanmaz, əksinə ona qarşı daha həssas münasibət göstərilər”.

N.Canikli dediyi iddia olunan “erməni açılımı millətin proyektidir” sözlərinə də aydınlıq gətirib: “10 noyabr 2009-cu ildə Türkiyə Parlamentində etdiyim çıxış zamanı istifadə etdiyim “millətin proyektidir” ifadəm ümumilikdə, “demokratik açılım” ilə əlaqədardır və o çıxışda “erməni açılımı millətin proyektidir”  sözü yer almayıb. Bunun şəxsimə qarşı qaralama kampaniyasının tərkib hissəsi olduğunu bildirir və təəssüflə qarşılayıram. Şəxslərin öz qanunsuz və yalnış işlərini maskalamaq üçün “Azərbaycanlı” kimliyi üzərindən demoqoqluq etmələri çox çirkin bir davranışdır. Qardaş ölkəmizin bunlara inanmamasını arzu edir və Azərbaycan xalqına dərin sevgi və salamlar göndərirəm”.

Yenicag.az

www.yenicag.az

551
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv