Nuri Şahin Türkiyə millisindən getdi

Almaniyanın “Borussiya” (Dortmund) klubunun türkiyəli futbolçusu Nuri Şahin milli karyerasını son qoyduğunu açıqlayıb.

Yenicag.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabından açıqlama yayıb. 29 yaşı olan futbolçu artıq milli ilə vidalaşmağın vaxtının çatdığını bildirib.

N.Şahin 2005-ci ildən Türkiyə millisində çıxış edirdi. O, bu komandada keçirdiyi 51 oyunda 2 qola imza atıb.

Dortmund təmsilçisinin yetirməsi olan türkiyəli yarımmüdafiəçi karyerası ərzində “Feyenoord”, “Real” və “Liverpul” kimi klubların da şərəfini qoruyub.

 

COP29