!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nurlana Əliyevanın BÖYÜK BLEFİ: Prokurorluq rektorun yalanını ortaya çıxardı

!Reklam – Yazi

Baş Prokurorluq Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın barəsində cinayət işi ilə bağlı daha bir açıqlama yayıb.

Qurumun Mətbuat xidmətindən Yenicag.az-a daxil olan açıqlamada deyilir:

“Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın qanunsuz əməlləri ilə bağlı daxil olan çoxsaylı şikayətlər əsasında aparılan araşdırmalar nəticəsində cinayət işinin başlanılması ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən 29 aprel 2021-ci il tarixdə ictimaiyyət məlumatlandırılıb.

Ötən gün bəzi kütləvi informasiya vasitələrində Bakı Slavyan Universitetinin, Dürdanə Əliyevanın qanunsuz əməllərinə dair cinayət işinin guya vətəndaş şikayətləri əsasında deyil, universitetin rektorunun Baş Prokurorluq və Təhsil Nazirliyinə etdiyi müraciət əsasında başlandığı barədə məlumatlar yayılıb.

Baş Prokurorluq qeyd edilən məlumatı təkzib edərək bildirir ki, sözügedən cinayət işi Dürdanə Əliyevanın tələbələrin təhsil haqqlarının mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə Baş Prokurorluğun “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında başlanıb və yalnız bundan sonra 04 fevral 2021-ci il tarixdə BSU-nun rektorunun müraciəti Təhsil Nazirliyi vasitəsilə Baş Prokurorluğa daxil olub.

Təəssüflə bildiririk ki, rəsmi istinada söykənməyən və dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyətdə çaşqınlıq yaradır. Baş Prokurorluq hər kəsi bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır”.

Qeyd edək ki, Dürdanə Əliyevanın barəsində cinayət işinin başlanması ilə bağlı Bakı Slavyan Universiteti tərəfindən dünən açıqlama verilmiş və rektor Nurlana Əliyevanın Baş Prokurorluğa müraciət etdiyi qeyd edilmişdi.

“Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva bu ali təhsil müəssisəsinin Əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri, dosent Dürdanə Əliyevanın çoxsaylı qanunsuz əməlləri (hətta universitetə aid olmayan) ilə bağlı müvafiq qaydada Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edib. Hazırda Baş Prokurorluq tərəfindən həyata keçirilən intensiv istintaq tədbirləri davam etdirilir. Diqqətinizə bir faktı da çatdırmağı məqsədəuyğun hesab edirik ki, Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsində təhsil alan tələbələr və onların valideynləri tərəfindən bu məsələ ilə bağlı kütləvi informasiya vasitələrinə müraciət edilməyib və bu məlumatın heç bir əsası yoxdur”, – deyə açıqlamada qeyd edilmişdi.

www.yenicag.az

511
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv