“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi qrant layihəsində qalib olub

“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi qrant layihəsində qalib olub

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi də qaliblər sırasında olub.
Bu barədə QHT-nin sədri Nicat Xəlilov məlumat verib. O, bildirib ki, müsabiqəyə “Vətəndaş cəmiyyətinin inkisafinda gənclər təşkilatlarının rolu” layihəsi ilə qatılıblar.
“Gənclər Fonduna ədalətli seçim üçün təşəkkür edirik. Belə bir layihə ilə müsabiqəyə qatılmaqda məqsədimiz bir gənclər təşkilatı olaraq vətəndaşları, cəmiyyəti maarifləndirməkdir. Mənə elə gəlir ki, “Vətəndaş cəmiyyətinin inkisafinda gənclər təşkilatlarının rolu” layihəsi ilə biz bu istiqamətdə çox işlər görə biləcəyik. Hədəfimiz böyükdür. Cəmiyyət üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıram”, – “Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyinin sədri bildirib.

COP29