Rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov İŞİD-lə bağlı dindirilib.
Yenicag.az xəbər verir ki, o, Rusiyada Türkiyəyə uçmaq istəyərkən hava limanında saxlanılıb.
Rusiya Sərhəd Xidmətinin əməkdaşları Nurməhəmmədovu tanımayaraq onu buraxılış məntəqəsində sorğu-suala çəkiblər. Daha sonra isə onlar Nurməhəmmədovu tanıyıblar və onunla foto çəkdirib yola düşməsinə kömək ediblər.
Buna qəzəblənən Nurməhəmmədov isə digər əməkdaşlarının foto çəkdirmək istəyini rədd edib./Qafqazinfo/