Bütün dünyanın diqqəti Las-Veqasa yönəlir.
Yenicag.az xəbər verir ki, yüngül çəkidə Mütləq Döyüşçü Çempionatının (UFC) çempion kəmərinə sahib Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqora qarşı döyüşü maraqla gözlənilir.
Qeyd edək ki, Nurməhəmmədov Makqreqorla oktyabrın 7-nə keçən gecə ( Bakı vaxtı ilə təxminən səhər saat 8:00 radələrində) rinqə çıxacaq. Bu qarşılaşma UFC turnirinin əsas hadisəsi olacaq.