Nurməhəmmədovun hesablarına niyə həbs qoyulub?

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun hesablarına həbs qoyulması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Yenicag.az xəbər verir ki, bu barədə TASS-ın sorğusuna cavab olaraq Rusiya Federal Vergi Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Nurməhəmmədovun borcu vergi və cərimələrin vaxtında ödənməməsindən qaynaqlanır.

Qeyd edək ki, idmançının 297 milyon rubl borcu olduğu bildirilir.