Qazaxıstanda hakimiyyət bölgüsü ilə bağlı islahatlara başlanılacaq.
Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev video müraciəti zamanı prezidentin bəzi səlahiyyətlərinin parlamentə və hökumətə verilməsini təklif edib.
Onun sözlərinə görə, hakimiyyət qollarının səlahiyyət bölgüsü ilə bağlı islahatlar aparılacaq.
“Bundan sonra prezident hakimiyyət qolları arasında ali arbitr rolu oynayacaq. Ölkə başçısı bundan sonra əsasən milli təhlükəsizlik, xarici siyasət kimi məsələlərə diqqət yetirəcək. Hökumət və parlamentin rolu yetərincə güclənəcək. Səlahiyyətlərin bir hissəsi hökumətə və digər icra strukturlara veriləcək”, – deyə o bildirib.
N. Nazarbayev bildirib ki, söhbət 40-dək səlahiyyətin hökumət və parlamentə verilməsindən gedir. Onun sözlərinə görə, parlament seçkilərində qalib gələn partiya hökumətin formalaşmasında əsas sözə sahib olacaq.
Bütün bu məsələlər ümumxalq referendumuna çıxarılacaq.
Yeniçağ.Az