!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nuru Paşa haqqında səy-səy danışıb…” – Ən gözəl cavab Adil Əliyevdən

!Reklam – Yazi

“Son günlər başım kikboksinq çempionatlarına qarışdığı üçün mətbuatda Türkiyə və Nuru Paşa əleyhinə səslənən fikirləri izləyə bilməmişəm. Ancaq bu cür təbliğat aparanlara qısa olaraq belə cavab verərdim”.

Yeniçağ.Az xəbər verir ki, bu sözlər millət vəkili Adil Əliyevə məxsusdur.

Qeyd edək ki, deputat Araz Əlizadənin Qafqaz İslam Ordusu və onun komandanı Nuru Paşa haqqında söylədiyi yaramaz fikirləri cəmiyyətin ən müxtəlif təbəqələrinin təpkisinə səbəb olub.
Millət vəkili Adil Əliyev isə fkirlərini bu cür ifadə edib:

“Qəhrəman Nuru Paşa və Qafqaz-İslam Ordusu Türk xalqının qəlbinə dərin iz buraxıb. Təəssüflər olsun ki, bəzi səy-səy fikirlər söyləyib, gündəmə gəlmək istəyən, sapı özümüzdən olan baltalar olmasa, biz daha çox irəli gedə bilərik.

Həmin qüvvələr unutmasınlar ki, gec-tez Türk birliyi güclənəcək. Və tarix bu cür insanları öz siyahısından siləcək”.

Yeniçağ.Az

www.yenicag.az

701
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv