!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nuru Paşanın Azərbaycanda gizli tarixi missiyası…

!Reklam – Yazi

1393530471_z1g3mtybkb7rfcic4omw7yxp3szsup“Bu əslində Ənvər Paşanın planı idi”

20-ci əsrin əvvəllərində Şimali və Cənubi Qafqaz rus işğalı ilə üz-üzə idi.  Rusların havadarlığı nəticəsində erməni daşnakları Qafqazın müsəlman-türk əhalisinə qarşı divan tutmağa başladı. Nəticədə minlərə türk ailəsi vəhşicəsinə qətlə yetirildi. O zaman qırğına uğramış bu türk əhalisinin harayına Osmanlı türkləri  səs verdi. 1918-ci ildə başda Nuru paşa olmaqla, Cənubi Qafqaza yardıma gəlmiş Qafqaz İslam Ordusu Bakını daşnak-bolşeviklərdən azad etdi. Yerli müsəlman əhalini qırğından qurtardı.

Ancaq bəzi mənbələr iddia edirlər ki, Qafqaza gəlmiş Nuru Paşa sadəcə Azərbaycanı xilas etməyə gəlməmişdi. Onun Cənubi Qafqazı Osmanlıya birləşdirmək planı vardı. Hətta bəzi tarixçilər də bunu iddia edir. Belə bir versiyalar da vardır ki, bu ideya Ənvər Paşaya məxsusdur.

1385805426fazil_mustafaMillət vəkili Fazil Mustafa bildirir ki, Osmanlı ordusunun hərəkatı ilk olaraq Güney Azərbaycandan başladı. “Belə bir ideya Ənvər Paşaya məxsus idi. Lakin, Quzey Azərbaycana gələndə reallıqlar fərqli şəkildə ortaya çıxdı. İran İngiltərənin mandatı altında olduğundan, yalnız Quzey Azərbaycanın ermənilərdən və bolşeviklərdən təmizlənməsi prioritet olaraq götürüldü. Ona görə də Bakını və Dağıstanı azad etməyi əsas hədəf olaraq seçdilər və Azərbaycanın Osmanlıya birləşdirilməsi məsələsi arxa planda qaldı”.

aqilYenicag.az qəzetinin baş redaktoru Aqil Ələsgər də Ənvər Paşanın ideyaları ilə bağlı danışarkən bunları söylədi: “O dövrün Osmanlı komandanları yenidən güclü imperiya qurmaq istəyirdilər. Buna görə, Mustafa Kamal Anadoluda döyüşərkən, Ənvər Paşa da Qazaxıstan çöllərində yenidən Turanı qurmaq üçün çarpışırdı. Hər ikisi böyük komandan idi və hər ikisi də müasirləri tərəfindən böyük xəyalpərəst adlandırılırdılar. Çünki onlar ətraflarındakı insanların xəyal belə edə bilməyəcəyi ideallar uğrunda savaşırdılar. Ənvər Paşa xəyanətə uğramasaydı və Birinci Dünya Savaşında planları baş tutsaydı, bəlkə də böyük bir Osmanlı İmperatorluğu hələ də davam edirdi. Mustafa Kamalın da fikrində böyük dövlət anlayışı vardı. Lakin şərtlər elə gətirdi ki, Anadolu ilə kifayətləndi. Nuru Paşa da Ənvər Paşanın qardaşı olaraq onun planlarını həyata keçirirdi. Necə ki, Kazım Karabəkir Paşa da eyni missiya üçün şərq vilayətlərində idi. Yenidən böyük Osmanlı üçün çalışırdılar, fəqət Xəstə Adamı diriltmək nəsib olmadı, ancaq yerinə cavan və sağlam Türkiyə Dövləti quruldu”.

Kamran

www.yenicag.az

1657
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv