Nuru Paşaya iftira atan Araz Əlizadə hansı havaya oynayır? – Azərbaycanın “Garo Paylan”ının cavabı verildi

Ötən gün deputat Araz Əlizadə mətbuata verdiyi müsahibəsində 1918-ci ildə Qafqaz İslam Ordusuna başçılıq edən Nuru Paşa və bütövlükdə Osmanlını hədəfə alıb. Ümumiyyətlə, son dövlər Türkiyə-Azərbaycan qardaşlığına qarşı fikirlər mediada artmaqdadır. Bu fikirlərin yayılmasının arxasında nə dayanır?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmağa çalışan Rusiyapərəst qüvvələr xüsusi missiya həyata keçirirlər və onlar mütləq yerlərində oturdulmalıdırlar:

Əli Əliyev ile ilgili görsel sonucu“Çox təəssüf ki, YAP hökumətinin ideoloqları Rusiyapərəst siyasətçilərə geniş meydan verərək, onların vasitəsilə Azərbaycan-Türkiyə münasibətlərinə zərbə vurmağa çalışırlar. Bu fəaliyyətin əsas məqsədi Aəzrbaycanda Rusiya təsirinin güclənməsi, ölkəmizdə müstəmləkə psixologiyasının yaradılmasıdır. 1918-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasında ən mühüm amillərdən biri Nuru Paşa və onun komandanı olduğu Qafqaz İslam Ordusudur. Azərbaycanda gerçək xilaskar olaraq, ümummilli rəğbət qazanmış Nuru Paşa tariximizdə görkəmli yer tutan şəxsiyyətdir. Onu “vurduran” YAP ideoloqları həm də Türkiyə ilə münasibətlərimizi hədəfə götürüblər. Bu cəhdlərin qarşısı yerindəcə alınmalı, tarixi şəxsiyyətlərimizə uzanan dillər “kəsilməli” və antiTürkiyə xəttinin aparıcıları yerlərində oturdulmalıdırlar. Ümumiyyətlə, nə qədər ki, Azərbaycan istiqlalının düşməni olan Nərimanovun heykəli Bakının yüksək nöqtəsində qalacaqsa, Azərbaycanın müstəqilliyini bərpa etmiş şəxsiyyətlərimiz də bir o qədər tarixi dəyərlərini almayacaqlar. Beləcə, bu tendensiya dayanmayacaq. Ancaq yenə deyirəm, Azərbaycan -Türkiyə münasibətlərini zədələməyə yönələn bütün təşəbbüslərə qətiyyətlə cavab verməliyik”.

Borçalı Cəmiyyətinin sədri, ictimai xadim Zəlimxan Məmmədli bildirib ki, Araz Əlizadə və onun kimiləri barədə Azərbaycan cəmiyyətinin kifayət qədər məlumatı var:

Zəlimxan Məmmədli ile ilgili görsel sonucu“Belələri hər zaman Azərbaycanın milli istiqlal savaşına, ümumiyyətlə, türk milli özünüdərkin əleyhinə olan zehniyyət sahibləridirlər. Sadəcə, rüsvayçılıq ondan ibarətdir ki, Kremlin himayəsi ilə parlamentdə kürsü qazanırlar. Yəni göründüyü kimi Azərbaycan reallığı bundan ibarətdir. Bu, artıq onun nişanələridir ki, Azərbaycanda rusofillərə mandat verilir və müəyyən olunmuş hədəflər və onun daxilində Azərbaycanı Türkiyədən ayrı salmaq xətti var. Mənə elə gəlir ki, Araz Əlizadə məhz bu xəttə uyğun hərəkət edir. Bunun o açıqlamaları da mahiyyət etibarı ilə Türkiyə-Azərbaycan gərginliyi yaratmaqdır. Dolayı yolla ermənilərə bəraət verib, Azərbaycanın problemlərinin mənbəyini Türkiyə, Osmanlı və Nuru Paşa kimi göstərmək təhlükəlidir, savadsızlıqdır və anti-türk düşüncə tərzinin daşıyıcısı olmaqdır. Buna görə parlament sistemini ayaq altına alanları, varisi olduğumuz halda Məmməd Əmin Rəsulzadə irsinə dönük çıxanları, kriminallaşmış zehniyyət sahiblərini parlamentdə oturdanları qınayıram. Onun bu açıqlaması Azərbaycan dövlətçiliyinə, “bir millət, iki dövlət” tezisinə həqarətdir. Bu, Azərbaycan dövlətçiliyini təhdid edənlərin dilidir. O, Azərbaycanın istiqlal bayrağını endirmək istəyən mərkəzlərin dilidir. Təbii ki, buna Azərbaycan cəmiyyəti öz reaksiyasını bildirməlidir. Parlamentdə kifayət qədər insanlar var ki, bu dövlətə, millətə, bayrağa qətiyyən aidiyyatı yoxdur”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev isə millət vəkili Araz Əlizadəni qınamadığını deyir:
“Ona deyirlər ki, Türkiyə və Azərbaycan arasında münasibətləri pozmağa cəhd elə, o da bunu edir, amma sabahı düşünmədən. Mənim üçün Araz Əlizadə hər zaman qeyri-ciddi insan olub. Araz Əlizadə o şəxsdir ki, Xalq Hərakatı başlanan gündən Rusiyanın böyüklüyünü daima təbliğ edib. Anlamaq olar, Araz Əlizadə sahiblərinin sözünü deyir. Amma niyə məhz Nuru Paşanı hədəfə alıb? Araz müəllimin diqqətinə çatdırım ki, Azərbaycanın siyasi elitası içərisində o illərdə ən nüfuzlu şəxslərdən biri olan Əhməd bəy Ağaoğlu onun siyasi müşaviri idi. Əhməd bəy Ağaoğlu Nuru paşaya da məhz bu istiqamətə uyğun siyasi müşavir kimi bəzi məsləhətlərini verirdi. Nuru Paşa o şəxsdir ki, Gəncədə, Qarabağda, Göyçayda, Bakıda ermənilərin yerli əhaliyə zülm etməsinin qarşısını almışdı. Onun , “silahı təhvil verib, Azərbaycan Xalq Cümhuriyyətini tanıyın. Tanıdıqdan sonra sizin canınız, mülkünüzə təhlükəsizlik qarantiyası verirəm” sözlərini əslində o yox, sizin kimi vaxtilə ADR parlamentində və siyasətində təmsil olunanlar deməli idilər. O illərin sizəbənzər deputatları ADR-in güclü olması və beynəlxalq aləmdə dost tapmasına qarşı idilər. Onlar da ümidlərini Rusiyaya bağlamışdılar. Elə Rusiya da gəldi, onları vətən xaini kimi bir-bir güllələdi. Necə ki, Əliheydər Qarayevi, Həmid Sultanovu, Ayna Sultanovanı və digərlərini min bir işgəncədən sonra öldürdülər.
Siz Türkiyəni ittiham edirsiz. Amma unutumayın, 1918-ci ildə erməni və rusların Gəncəni, Yevlaxı tutmaq məqsədilə başladıqları planından əl çəkmələrinə Türkiyə səbəb olub.

Yaxud mərhum Heydər Əliyevə qarşı planlaşdırılan 1994-1995-ci və digər illlərdə qurulan terror planlarının qarşısını Türkiyə aldı. Naxçıvanı ermənilərin işğalından Türkiyə xilas edib. Bu gün beynəlxalq səviyyədə Türkiyədən və Pakistandan başqa dostumuz yoxdur. Onları da belə sözlərinizlə bizdən uzaqlaşdırırsınız”.

Z.Əliyev deyib ki, media tarixlə bağlı hər hansı bir məlumatı peşəkarlardan deyil, bu sahədə biliyi olmayanlardan alır:

“Niyə media peşəkarlara müraciət etmir? Demək, burada da hardasa qərəz, yaxud sifariş var. Əgər günahın 50 faizi öz mövqeyində qərəzli olan şəxsdədirsə, digər 50-si də məhz medianın payına düşür. Axı biz niyə Türkiyə ilə münasibətləri korlamağa cəhd edirik? Belə məqamda bizim medianın sifarişlə kimlərinsə sözünü yaymaqda elə Prezident İlham Əliyevə və onun siyasi kursuna xəyanət etmiş olur”.

Anar Əsədli ile ilgili görsel sonucu«Qloballaşan Azərbaycan» Sivil İnkişaf Mərkəzinin (QASİM) sədri Anar Əsədli də bildirdi ki, bu, Araz Əlizadənin bir sayıqlamasıdır, heç bir əsası olmayan sərsəm fikirlərdir:

“Əlizadə qardaşları müxtəlif zamanlarda belə fikirlər səsləndiriblər. Bunun da səbəbi türklərə olan pataloji nifrətləri və gündəmdə qalmaq istəmələridir. Bu baxımdan hesab edirəm ki, ciddi media qurumları bu sərsəm fikirlərə reaksiya verməməlidirlər. Sadəcə, istərdim media əlizadələrin siyasi keçmişlərini işıqlandırsın ki, Türkiyədəki qardaşlarımızda da yanlış təsəvvür yaranmasın. Çünki nəticə etibarı ilə bu adam millət vəkili adını daşıyır”.

 

Bəxtiyar
Yeniçağ.az