!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Nüsrət Kəsəmənli də bu işlə məşğul idi” - İlahiyyatçıdan “cinçıxartma” hadisəsinə REAKSİYA

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, 25 yaşlı Bakı şəhər sakini Murad Soltanovun Şabran şəhərində kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin altı nəfər tərəfindən törədildiyi müəyyən edilib. Araşdırmalar nəticəsində bəlli olub ki, M.Soltanov bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vurularaq bədən xəsarətləri alıb və dünyasını dəyişib.

Baş verən hadisə sual doğurur, İslam “cinçıxartma”nı qəbul edirmi?

Yenicag.az-a açıqlama verən ilahiyyatçı Hacı Nizami İslamda belə ayinlərin qəbul olunmadığını bildirib:

“Bu işlə məşğul olan insanlar şarlatanlardır. Onlar cahil, avam insanları başına yığıb bu işlə məşğul olurlar. Onlar şər qüvvələrə xidmət edən insanlardır. Təəssüf ki, bu gün insanlar arasında İslamın qəbul etmədiyi “cinçıxartma” və digər ayinlər həyata keçirilir. Avropadan gələn dini kitablar əsasında ruh çağırılır. İnsanlar xüsusi ayinlər keçirib rəhmətə gedən doğmalarının ruhu ilə danışırlar. Buna medium deyirlər. Vaxtilə Nüsrət Kəsəmənli də bu işlə məşğul idi, sonradan efirə çıxıb bundan imtina etdiyini söylədi. İnsanlar arasında maarifləndirmə işləri aparılmalıdır ki, cahil adamlar şarlatanlara uymasınlar. Əks halda, bu cür hadisələrin sayı artacaq. Təəssüf ki, İslamın qəbul etmədiyi bu ayinlərin sonu çox vaxt faciə ilə nəticələnir. Allaha inanan insanlar heç vaxt belə cahil hərəkətlərə yol verməzlər”.

İlahiyyatçı Elşad Mirinin isə saytımıza açıqlamasında məsələyə münasibəti belə olub:

“İslamda “cinçıxartma” deyilən bir ayin yoxdur. İslam belə şeyləri qəbul etmir”.

Cəvahir

www.yenicag.az

5315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv