Türkiyə dünya fındıq istehsalı və ixracında liderdir və qlobal bazarın 60-70 faizinə nəzarət edir. Bu məhsulun ən böyük alıcısı isə “Nutella” istehsalçısı “Ferrero” şirkətidir.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, işçilərin əsas hissəsini yoxsul ölkələrdən gələn mövsümi miqrantlar və uşaqlar təşkil edir. Yerli hakimiyyət orqanları tərəfindən təyin olunan rəsmi əmək haqqı gündə 95 lirədir. Saatla işləyən muzdlu işçilərin qazancları minumum əmək haqqından azdır.
Fındıq yiğımı ilə məşğul olan yoxsul uşaqlar demək olar ki, istismar olunur. Bu uşaqların 10-12 yaşı var. Bu isə Türkiyədə işləmək üçün minumum əmək yaşına ziddir. Mehmet Kelekci bildirib ki, Mustafa və Məhəmməd istismara məruz qalan azyaşlılar sarasındadır.
“Fındıq dedikdə, ağlıma səfalət gəlir”, – 35 kiloqramlıq torbada qoz-fındıq daşıyan Mehmet Kelekci qeyd edib.
“Gün ərzində təxminən 10 saat yamaclarda işləmək çox yorucudur, hətta yorğunluqdan ayaqlarını itirə bilərsən”, – azyaşlı Mustafa dözülməz iş şəraitindən şikayətlənib.
Samirə Əliyeva