Rusiya və Qərb arasında gərginlik günbəgün artır. Bu gərginlik isə özünü yalnız cəbhədə deyil, informasiya məkanında da göstərir.
Yenicag.az Rusiya və Qərb ekspertlərinin Rusiya-Ukrayna müharibəsi fonunda söylədiyi fikirləri oxuculara təqdim edir.
Rusiya Hərbi Ekspertlər Kollecinin prezidenti, istefada olan general-mayor Aleksandr Vladimirov Rusiya ilə Qərb arasında münaqişədə nüvə silahından istifadə ediləcəyini bildirib:
“Taktiki olaraq kütləvi qırğın silahlarından istifadənin gözlədiyi qaçınılmaz müharibə artıq gedir. Bu qarşıdurmada tərəflərin məqsədləri həmişəkindən daha yüksəkdir. Müharibə tərəflərinin məqsədləri fiziki sağ qalmaqdır. Yaşamaq üçün istənilən vasitədən istifadə edəcəklər”.
Amerikanın RAND qeyri-kommersiya tədqiqat təşkilatının eksperti Dara Massicot isə bildirib ki, ABŞ Ukrayna ordusuna kömək etmək üçün döyüş təcrübəsinin olmadığını etiraf edib:
“Hazırda Ukrayna ordusu ən çətin problemlərdən biri ilə üz-üzədir. Söhbət mürəkkəb müdafiə şəbəkəsindən gedir. ABŞ ordusunun sadəcə olaraq hava üstünlüyü olmadan bu cür müdafiəni dəf etmək təcrübəsi yoxdur. Amerika ordusunun Əfqanıstan və İraqdakı əməliyyatlar əsasında hazırladığı model Ukraynada yararsızdır”.
Nəsimi Ələsgərli