Dünya Nüvə Sənayesi Status Hesabatı açıqlanıb.
Yenicag.az “Ekosfer”ə istinadən xəbər verir ki, hesabatda qlobal nüvə enerjisi istehsalının 2,2 faiz artdığı vurğulanıb. Bununla belə, mövcud istehsalın 2019 və 2021-ci illərə nisbətdə azaldığı bildirilib.
Hesabatda 2023-cü ildə 5 giqavatlıq 5 yeni nüvə reaktorunun fəaliyyətə başladığı, 6 giqavatlıq 5 nüvə reaktorunun isə bağlandığı qeyd olunub. Beləliklə, ümumi quraşdırılmış gücdə 1 giqavatlıq geriləmə yaşandığı üzə çıxıb.
Bundan başqa, nüvə enerjisinin qlobal ümumi elektrik enerjisi istehsalında payı 9,2 faizdən 9,1 faizə geriləyib.