!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nüvə təhlükəsi gündəmdə: "Rusiyanın keçirdiyi referendumlar münaqişənin miqyasını genişləndirəcək" - ŞƏRH

!Reklam – Yazi

“Nüvə riski bu gün soyuq müharibə dövründən sonrakı dövrdə ən yüksək həddədir”.

Bu sözləri Rusiyanın işğal etdikləri ərazilərdə keçirdiyi referendumlar, nüvə təhdidi və proseslərin inkişafını şərh edən politoloq İlyas Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

İlyas Hüseynov bildirib ki, Rusiyanın keçirdiyi referendumlar münaqişənin miqyasını bir qədər də genişləndirəcək:

“Ukrayna Silahlı Qüvvələrinin (SQ) uğurlu əks-hücum əməliyyatlarından sonra Rusiya çox radikal qərar verdi və Donetsk, Luqansk, Xerson və Zaparojidə referendumlar həyata keçirdi. Nəticədə bu ərazilərin Rusiyaya birləşdirilməsi prosesi həyata keçirilir və bu, 2014-cü ildə Krımla bağlı olan prosesləri xatırladır. Qarşıdakı dönəmdə Ukrayna SQ bu ərazilərə hər hansısa hərbi müdaxilə edəcəklərsə, bu, Kreml tərəfindən Rusiyanın suveren ərazilərinə müdaxilə kimi qiymətləndiriləcək. Hazırda müharibənin və münaqişənin miqyasının genişləndirilməsi, Rusiyanın bu ərazilərdə möhkəmlənməsi planları durur.

Düşünürəm ki, Rusiya həm nüvə təhdidi ilə, həm də referendumların nəticələrinin böyük güclər tərəfindən tanınmamasına rəğmən bu istiqamətdə qərarlı olduğunu nümayiş etdirir. Artıq bu istiqamətdə xüsusi əməliyyat adı altında həyata keçirilən bütün planın elementləri üzə çıxır və pazıllar yerinə oturur.

Qərbin Ukraynaya silah, maddi dəstəyindən sonra Ukraya ordusu uğurlu əməliyyatlar həyata keçirdi. Buna cavab olaraq da Rusiyada qismən də olsa səfərbərlik elan edildi. Bu səfərbərliyə qarşı da böyük müqavimət var, insanların qonşu ölkələrə köçü baş tutur. Rusiya beynəlxalq miqyasda nüvə məsələsini qabardır və hazırkı status-kvonu möhkəmləndirmək üçün bu referendumları keçirdi. Bu referendumlar Rusiyanın öz ətrafında olan dövlətlər tərəfindən də tanınmır.

Nüvə riskinə görə geniş coğrafiya, flora və fauna təhlükə altındadır”.

Səxavət Məmməd

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv