Nyu York ştatında son 40 ilin ən güclü zəlzələsi qeydə alındı

Amerikanın NBC telekanalı son 40 ildə ən güclü zəlzələnin Nyu-York ştatının şimal-qərb hissəsində baş verdiyini bildirib.

Yenicag.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, bazar ertəsi yerli vaxtla saat 11.15-də Qərbi Seneka şəhərindən iki kilometr şərqdə zəlzələ qeydə alınıb.

Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur.

“3,8 bal gücündə zəlzələ olub. Bu, son 40 ildə ərazidə qeydə alınan ən güclüdür”, – deyə telekanal bildirib./Medianews. az/