Nyu-Yorkda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

14805353_10210712668924015_10595250_nOktyabrın 18-də Nyu-Yorkda Azərbaycanın Dövlət Müstəqilliyinin 25-cü ildönümü qeyd edilib.

Şəhərin maliyyə mərkəzi olan Uol Stritdə Bowling Green parkında keçirilən tədbir Nyu-Yorkdakı Azərbaycan Assosiasiyası tərəfindən təşkil edilib ve tədbirə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələrinin iştirak ediblər.

Bayraq kaldirma mərasimini Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli açaraq, dövlət Müstəqilliyi haqda məlumat verib.

Tədbirdə Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib, parkda Azərbaycanın bayrağı ucaldılıb.