ABŞ-ın dörd ştatında koronavirusun yayılması səbəbindən bütün ticarət və əyləncə mərkəzlərinin bağlanmasına qərar verilib.
“Qafqazinfo” bildirir ki, bu barədə Nyu-York ştatının qubernatoru Endrü Kuomo məlumat verib.
“Nyu-York, Pensilvaniya, Konnektikut və Nyu-Cersi cümə axşamı saat 20:00-dan (Bakı vaxtı ilə saat 04:00) etibarən ticarət və əyləncə komplekslərini, eləcə də boulinq mərkəzlərini müvəqqəti bağlayacaq”, – qubernator Tvitterdə yazıb.
Kuomonun sözlərinə görə, bu cür tədbirlər insanların toplaşma və onların yeni virusa yoluxma riskini aşağı salacaq.
Qeyd edək ki, ABŞ-da 7 mindən çox koronavirus xəstəsi var, 115 nəfərə yaxın insan dünyasını dəyişib.